Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Rusiya Federasiyası bu ölkə vətəndaşları ilə bağlı qadağa

Baxılıb: 1 044     Tarix: 20-11-2024 13:37   

Rusiyanın Federasiya Şurası rusiyalı uşaqların cinsiyyətin dəyişdirilməsinə icazə verən ölkələrin vətəndaşları tərəfindən övladlığa götürülməsini və yaxud həmin şəxslərin qəyyumluğuna verilməsini qadağan edən qanunu təsdiqləyib.
Qanunvehedef.az TASS-a istinadən xəbər verir ki, Federasiya Şurasının plenar iclasında senatorlar yekdilliklə sözügedən qanun lehinə səs veriblər.
Həmçinin qanuna əsasən, bu cür ölkələrdə daimi yaşayış yerinə sahib vətəndaşlığı olmayan şəxslər də rusiyalı uşaqları övladlığa və qəyyumluğa götürə bilməz.
Qanun rəsmi dərc olunduğu gündən qüvvəyə minəcək.
Xatırladaq ki, Rusiya Dövlət Duması noyabrın 12-də ikinci və üçüncü oxunuşda həmin qanunu qəbul edib. Rusiyadan uşaq övladlığa və qəyyumluğa uşaq götürülməsi ilə bağlı qadağa Avstraliya, Avstriya, Argentina, Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, İslandiya, İspaniya, İtaliya, Kanada, Norveç, Findlandiya, İsveçrə, Estoniya və digər ölkələrin vətəndaşlarına şamil ediləcək.
Dumanın spikeri Vyaçeslav Volodinin sözlərinə görə, 1993-cü ildən xarici ölkə vətəndaşları 102,4 min rusiyalı uşağı övladlığa götürüb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar