Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Rusiya Prezidenti Vladimir Putin illər əvvəl sevimli pivəsinə görə sammitə gecikib

Baxılıb: 888     Tarix: 27-11-2024 10:13   

Rusiya Prezidenti Vladimir Putin 2007-ci ildə Almaniyada keçirilən “Səkkizlər Qrupu”nun (red. - 2014-cü ildən sonra G7) sammitinə sevimli alman pivəsinə görə gecikib.
Qanunvehedef.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Almaniyanın keçmiş kansleri Angela Merkel öz xatirələrində danışıb.
“Operatorlar canlı söhbətimiz zamanı bizi lentə ala bildiklərinə görə çox sevindilər. Yalnız bir nəfər yox idi: Vladimir Putin. Dözə bilmədiyim şeylərdən biri gecikməkdir. Zahirən sakitliyimi ifadə edərək başqaları ilə danışmağa davam etdim”, - Merkel xatırlayır.


Onun sözlərinə görə, görüşdən əvvəl Putin xoşladığı pivəsindən bir qutu otağına çatdırılmasını istəyib. Keçmiş kansler Putinin təxminən 45 dəqiqə gecikdiyini deyib.
Rusiya lideri “günah”ın pivədə olduğunu bildirib.
Qeyd edək ki, Angela Merkel 2005-2021-ci illərdə Almaniya kansleri vəzifəsində çalışıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar