Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Gürcüstanda etiraz aksiyasında 32 polis yaralanıb

Baxılıb: 905     Tarix: 29-11-2024 11:30   

Gürcüstanın paytaxtı Tbilisidə hökumət əleyhinə keçirilən etiraz aksiyası zamanı Daxili İşlər Nazirliyinin 32 əməkdaşı xəsarət alıb. 
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstan DİN yayıb.
Bildirilib ki, onların əksəriyyəti baş, göz və bədənin digər hissələrindən ağır xəsarətlər alıb, yaralılardan 13-nə cərrahi müdaxilə tələb olunub.
Bununla yanaşı, aksiya zamanı 43 etirazçı saxlanılıb.
Xatırladaq ki, dünən Tbilisidə hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının respublikanın Avropa İttifaqına (Aİ) inteqrasiya prosesini müvəqqəti dayandırmaq qərarına qarşı etiraz aksiyası keçirilib. Aksiyada Gürcüstan Prezidenti Salome Zurabişvili də iştirak edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar