Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Özgür Özellə bağlı araşdırma başladıldı

Baxılıb: 1 018     Tarix: 29-11-2024 15:33   

İstanbul Baş Prokurorluğu Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özellə bağlı araşdırma başladıb.
Qanunvehedef.az “Sözcü”yə istinadən xəbər verir ki, Özel barəsində İstanbul baş prokuroru Akın Gürlekə qarşı təhqir xarakterli ifadələr səsləndirmək iddiası ilə araşdırma başlanılıb.
Məlumata görə, Ö.Özel saxlanıldıqdan sonra vəzifəsindən uzaqlaşdırılan Esenyurtun bələdiyyə sədri Ahmet Özerə həbsxanada baş çəkib.
Ziyarətdən sonra CHP sədri mediaya açıqlama verərək, A.Gürleki tənqid edib: “Gün gələr, mən yenə burada dayanaram. Sən isə kim bilir, hansı sosial media hesabından bizə hücum edərsən. Sənə xəbərdarlıq edirəm, bir ölkənin taleyi ilə oynama”.
Onun Gürleklə bağlı səsləndirdiyi bu fikirləri barəsində araşdırma başladılmasına səbəb olub.
Onu da xatırladaq ki, Ahmet Özer cari ilin oktyabrın sonunda PKK terror təşkilatı ilə əlaqəli olmaq şübhəsi ilə həbs edilmişdi.
Fotoda Akın Gürlek
 




Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar