Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Suriya ordusu Hamanın ətraf ərazilərinə nəzarəti ələ keçirdi

Baxılıb: 956     Tarix: 04-12-2024 14:13   

Suriya Silahlı Qüvvələrinin hərbçiləri Hama şəhərinin ətraf ərazilərinə nəzarəti ələ keçirib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “Al-Ikhbaria” telekanalı yayıb.
Bildirilib ki, Suriya ordusunun bölmələri ölkənin qərbində yerləşən bu ərazilərdə təhlükəsizliyi tam təmin ediblər: “Bu ərazilərdə terrorçular yoxdur”.
Xatırladaq ki, noyabrın 28-də “CNN” Suriyada müxalifət qüvvələrinin Hələbin qərbində hökumət qüvvələrinə hücum etdiyini yazıb. Hücum nəticəsində üsyançı qüvvələr çox sayda yaşayış məntəqəsinə nəzarəti ələ keçirib. Noyabrın 30-da isə Suriyanın Müdafiə Nazirliyi silahlı qruplaşmanın Hələbin bir çox bölgəsinə daxil olduğunu açıqlayıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar