Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Türkiyəli tanınmış professor xəstəxanaya yerləşdirildi

Baxılıb: 1 067     Tarix: 05-12-2024 15:05   

Türkiyəli tanınmış professor İlber Ortaylı xəstəxanaya yerləşdirilib. 
Qanunvehedef.az “NTV” portalına istinadən xəbər verir ki, buna 77 yaşlı tarixçinin ayağında yaraya infeksiya düşməsi səbəb olub.
Bildirilib ki, infeksiya İlber Ortaylının səhhətində müəyyən digər fəsadlar törədib.  
Professorun hazırkı vəziyyəti ilə bağlı açıqlama verən jurnalist Fatih Altaylı İlber Ortaylının şəkər xəstəliyindən qaynaqlanan bir sıra xəstəliklərinin olduğunu qeyd edib. Bununla belə, o, Ortaylının vəziyyətinin yaxşı olduğunu vurğulayıb.
Qeyd edək ki, dekabrın 3-də şoumen Okan Bayülgenin proqramında iştirak edən İ.Ortaylının canlı yayımda halı pisləşib. Bunun ardınca, elm adamı verilişi yarımçıq tərk etməli olub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar