Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Putin Bəşər Əsədlə bağlı bu qərarı verə bilər

Baxılıb: 983     Tarix: 09-12-2024 15:27   

“Suriyanın keçmiş Prezidenti Bəşər Əsədə və ailəsinə Rusiyada sığınacaq verilməsi ilə bağlı qərarı yalnız Rusiya Prezidenti Vladimir Putin verə bilər”.
Qanunvehedef.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.
O, bununla belə, Bəşər Əsədə sığınacağın artıq verilməsi faktını şərh etməyib: “Əlbəttə, bu cür qərarlar dövlət başçısı olmadan verilə bilməz. Bu, onun qərarıdır. Lakin hazırda bu barədə heç nə deyə bilmərəm”.
Xatırladaq ki, Suriyada dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri hakimiyyəti ələ keçirib. Bunun ardınca, Bəşər Əsəd və ailəsinin Rusiyada olması barədə məlumat yayılıb. Bu gün isə Suriyanın Rusiyadakı Səfirliyi B.Əsədin Moskvada olmasını təsdiq edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar