Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İsrailin Baş naziri hakim qarşısına çıxarıldı - Canlı

Baxılıb: 608     Tarix: 10-12-2024 13:05   

Benjamin Netanyahu ifadə vermək üçün Təl-Əviv məhkəməsinə gedib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı İsrailin “Kan” dövlət teleşirkəti yayıb.
O, barəsində başladılan üç cinayət işi üzrə ifadə verəcək.
Məlumata görə, Netanyahu ölkənin Nazirlər Kabinetinin məhkəmədə ifadə verən ilk rəhbəri olub.
Qeyd edək ki, 75 yaşlı Baş nazir rüşvətxorluq, dələduzluq və ictimai etibardan sui-istifadə etməkdə ittiham edilir. İstintaq məlumatına görə, Netanyahu və ailə üzvləri amerikalı prodüsser Arnon Milçen və avstraliyalı biznesmen Ceyms Pakerdən bahalı hədiyyələr alıb. Onların dəyəti təqribən 196 min dollar olaraq qiymətləndirilir.
Netanyahu, həmçinin “Ynot” qəzetinin sahibi Arnon Mozeslə əlbir olaraq dələduzluq və etibardan sui-istifadə etməkdə ittiham olunur.
Məsələ ilə bağlı araşdırma 2016-cı ilin dekabrında başladılıb. Elə həmin ilin noyabrında Netanyahu barəsində ittiham irəli sürülüb.
Məhkəmə prosesi isə 2020-ci ilin mayında başlayıb.



Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking