Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Fələstinin “HƏMAS” və İsrail dekabrın sonuna qədər razılığa gələ bilərlər

Baxılıb: 988     Tarix: 17-12-2024 11:13   

Fələstinin “HƏMAS” qruplaşması və İsrail rəhbərliyi dekabrın sonuna qədər girovların azad edilməsi ilə bağlı razılığa gələ bilərlər.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Al Hadath” telekanalı yayıb.
Bildirilib ki, yaxın günlərdə Qəzza zolağında vəziyyətlə bağlı razılaşmaya dair bir neçə məsələnin həlli üçün israilli və misirli məmurların görüşü baş tutacaq.
Məlumata görə, razılaşmada iki maddə həll edilməmiş qalır, onların tərkibi isə açıqlanmır.
Telekanalın mənbəsinin sözlərinə görə, ilk olaraq azad ediləcək girov qadınların siyahısı razılaşdırılıb.
İsrailin “Ynet” portalı da öz növbəsində hazırda sərbəst buraxılacaq şəxslərin sayının müzakirə edildiyini yazıb.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar