Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Putin: Bəşər Əsədlə hələ görüşməmişəm

Baxılıb: 924     Tarix: 19-12-2024 15:45   

Rusiya Prezidenti Vladimir Putin hazırda Moskvada olan Suriyanın keçmiş Prezidenti Bəşər Əsədlə hələ görüşmədiyini açıqlayıb.
Qanunvehedef.az TASS-a istinadən xəbər verir ki, Putin bu barədə böyük mətbuat konfransında danışıb.
“Prezident Əsədlə Moskvaya gəldiyindən bəri hələ görüşməmişəm. Lakin bunu etməyi planlaşdırıram”, - deyə Rusiya lideri qeyd edib.
Xatırladaq ki, noyabrın 27-də Suriyanın müxalif silahlı birləşmələrinin üzvləri Hələb və İdlibdə hökumət qüvvələrinə qarşı genişmiqyaslı hücuma başlamışdı. Dekabrın 7-də Bəşər Əsədə qarşı olan qruplaşmalar bir neçə iri şəhərə nəzarəti ələ keçirib, dekabrın 8-də isə Dəməşqə daxil olublar. Bunun ardınca isə Suriya ordusunun bölmələri paytaxtı tərk edib. Əsəd isə öz növbəsində prezident postunu və ölkəni tərk edib. Daha sonra, onun və ailəsinin Rusiyada olduğu məlum olub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar