Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Türkiyə Yaxın Şərq planı hazırlayır

Baxılıb: 952     Tarix: 23-12-2024 10:07   

Türkiyə ABŞ-la Yaxın Şərq üçün danışıqlar aparacaq və ortaq planlar hazırlayacaq.
Qanunvehedef.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Ekonomim” qəzeti Suriyadakı son hadisələrlə bağlı məqaləsində bildirib.
“Donald Tramp Suriyada silahlı müxalifəti hakimiyyətə gətirən son hadisələrin arxasında duran əsas qüvvələrin Türkiyə və onun Prezidenti Rəcəb Tayyib Ərdoğan olduğunu demişdi. Öz növbəsində Türkiyə prezidenti Tramp vəzifəyə gəldikdən sonra Suriya ilə bağlı danışıqlara ümid etdiyini və onları region üçün vacib hesab etdiyini vurğulamışdı. Dünənə qədər Türkiyə daha çox tarazlığı nəzərə alaraq regionun bir neçə ölkəsi ilə eyni vaxtda hərəkət edirdi. İndi, deyəsən, ABŞ-la birgə planlar və ya hesablaşmalar vəziyyəti yaranıb. Şübhəsiz ki, müəyyən müzakirələr və ya danışıqlar olacaq. Şübhəsiz ki, proseslər bəzən əngəllənəcək. Amma ümumiyyətlə, birgə fəaliyyət üçün əsas pozulmayacaq”, - nəşr bildirib.
Qəzet hesab edir ki, ABŞ-la danışıqlar Türkiyədə mövcud hakimiyyəti qoruyub saxlamağa kömək edəcək.

Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar