Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Rusiya aviaşirkəti Azərbaycana uçuşları dayandırdı

Baxılıb: 1 053     Tarix: 28-12-2024 14:07   

Rusiyanın “Azimut” aviaşirkəti Mineralnıye Vodı və Soçi hava limanlarından Bakı və Gəncəyə reyslərini ləğv edib.
Qanunvehedef.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə şirkətin Mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, aviaşirkət Mineralnıye Vodıdan Bakı və Gəncəyə, həmçinin Soçidən Bakıya reyslərini dayandırıb. Buna səbəb kimi Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin uçuş icazəsini ləğv etməsi göstərilir.
Qeyd edək ki, AZAL təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, Bakıdan Rusiyanın aşağıdakı hava limanlarına uçuşlar da dayandırılıb. Bura Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Saratov, Nijni Novqoroq,  Vladiqafqaz, Qroznı və Mahaçqala şəhərləri daxildir.
Bununla yanaşı, bir neçə xarici aviaşirkət də Rusiyaya uçuşları dayandırıb. Onların arasında Qazaxıstanın “Qazaq Air” (Astanadan Yekaterinburqa), İsrailin “El Al” (Tel-Əvivdən Moskvaya), “Flydubai” (Dubaydan Soçi və Minvodıya) şirkətləri də var.

Qanunvehedef.az



{sape_links}{sape_article}