Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Trampın yeni portreti...

Baxılıb: 613     Tarix: 03-06-2025 11:26   

Ağ Ev ABŞ Prezidenti Donald Trampın yeni portretinin görüntülərini yayıb.
Qanunvehedef.az xəbər verir ki, görüntülər Ağ Evin “X” hesabında paylaşılıb.
Portretdə ABŞ lideri qara fonda təsvir edilib, onun arxasında isə ölkə bayrağı yer almayıb.
Eyni zamanda, Trampın birinci prezidentliyi dövründə o, fotoda gülümsədiyi halda, yeni portretdə daha ciddi görüntülənməyə üstünlük verib.
Eyni zamanda, o, həmin dövrdə portretinin rəssam tərəfindən çəkilmiş rəsm deyil, foto olmasına üstünlük verən ilk lider olmuşdu. Bunun ardınca, Co Bayden də prezidentliyi dövründə portretinin foto olmasını istəmişdi.
Xatırladaq ki, 78 yaşlı D.Tramp ilk dəfə 2017-2021-ci illərdə ABŞ prezidenti olub. O, 2024-cü ilin noyabrında baş tutan prezident seçkilərində rəqibi Co Baydenə qalib gələrək yenidən prezident postunu tutub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar