Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İsrail İrana qarşı hərbi əməliyyata hazırlaşır?

Baxılıb: 733     Tarix: 12-06-2025 10:12   

ABŞ rəsmiləri İsrailin İrana qarşı hərbi əməliyyat keçirməyə hazır olması barədə məlumat əldə ediblər.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin “CBS” telekanalı yayıb.
Telekanalın mənbələrinin sözlərinə görə, amerikalı məmurlara İsrailin İrana qarşı hərbi əməliyyata başlamağa tam hazır olduğu barədə informasiya verilib.
ABŞ tərəfinin bu xəbəri məhz haradan əldə etdiyi isə qeyd olunmayıb.
“ABŞ İranın qonşu İraqda yerləşən Amerika obyektlərinə cavab zərbəsi endirə biləcəyini gözləyir. ABŞ Dövlət Departamentinin İraqdakı Səfirliyinin əməkdaşlarının bir hissəsinin ölkəni tərk etməsi barədə göstəriş verməsinin səbəblərindən biri də budur”, - açıqlamada vurğulanıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar