Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bu gün İstanbulda danışıqlar olacaq - Yenilənib

Baxılıb: 317     Tarix: 23-07-2025 10:27   

Xəbər verdiyimiz kimi, bu gün İstanbulda Ukrayna və Rusiya arasında sülh danışıqlarının üçüncü raundu keçiriləcək.
Qanunvehedef.az-ın “TRT Haber”ə istinadən məlumatına görə, Rusiya nümayəndə heyətinə ölkə Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edəcək.
Ukrayna heyətinə rəhbərlik isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni katibi Rüstəm Umerova həvalə olunub.
Görüşün gündəliyində əsirlərin azad edilməsi, qaçırılmış uşaqların geri qaytarılması və ölümlərin dayandırılması məsələləri yer alır.
TASS-ın məlumatına görə, danışıqlar İstanbulda Çırağan sarayında aparılacaq.
Qeyd edək ki, Ukrayna və Rusiya son 5 ay ərzində İstanbulda iki dəfə danışıqlar aparıblar.
İyunun 2-si keçirilən son müzakirələrdə müəyyən razılıq əldə olunmuş, əsir mübadiləsi ilə bağlı anlaşmalar imzalanmışdı.
***
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlar üçün nümayəndə heyətinin sayını 12 nəfərdən 14 nəfərə artırıb.
Belə ki, Zelenskinin imzaladığı Fərmana əsasən, heyətə ombudsman və Ukrayna Silahlı Qüvvələrinin
Baş Qərargahının nümayəndələri əlavə edilib.

Qanunvehedef.azшаблоны для dle 11.2