Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bu ölkə üçün də tarifləri artırdı

Baxılıb: 948     Tarix: 27-01-2026 10:18   

ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyaya tətbiq edilən gömrük tariflərinin 15 faizdən 25 faizə qaldırıldığını elan edib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, ABŞ ticarət sazişləri çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirərək, tarifləri azaltmaq üçün operativ addımlar atıb və eyni yanaşmanı ticarət tərəfdaşlarından da gözləyir.

Cənubi Koreyanın qanunvericilik orqanı ABŞ ilə əldə olunan ticarət sazişini hələ də təsdiqləməyib.

Onun sözlərinə görə, tərəflər 30 iyul 2025-ci ildə hər iki ölkə üçün faydalı olan sazişə razılıq verib, bu şərtlər 29 oktyabr 2025-ci ildə Koreyaya səfəri zamanı yenidən təsdiqlənib. Buna baxmayaraq, saziş qüvvəyə minməyib.

ABŞ Prezidenti vurğulayıb ki, sazişin ratifikasiya olunmaması səbəbindən Cənubi Koreyadan idxal edilən avtomobil, taxta, əczaçılıq məhsulları və digər bütün qarşılıqlı ticarət malları üzrə tariflər 25 faizə yüksəldilir.

O, paylaşımında bu qərarın ticarət sazişlərinə əməl olunmasının vacibliyindən irəli gəldiyini bildirib.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar