Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İsraildən Türkiyəyə minnətdarlıq

Baxılıb: 7416     Tarix: 07-04-2026 17:25   

İsrail Xarici İşlər Nazirliyi İstanbulda ölkə konsulluğu yaxınlığında baş verən silahlı insidenti pisləyib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə İsrail XİN-in “X” hesabında paylaşım edilib.

“Bu gün İstanbulda İsrail konsulluğuna qarşı terror aktını şiddətlə qınayırıq. Türkiyənin təhlükəsizlik qüvvələrinin bu hücumun qarşısını almaq üçün operativ tədbirlərini yüksək qiymətləndiririk. Dünya üzrə İsrail nümayəndəlikləri saysız-hesabsız təhdidlərə və terror hücumlarına məruz qalıb. Terror bizi qorxutmayacaq”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün İstanbulda İsrail konsulluğununun da yerləşdiyi binanın qarşısında 3 silahlı şəxs polislərə hücum edib. Hadisə nəticəsində 2 polis yaralanıb. Hadisəni törədən bir nəfər zərərsizləşdirilib, digə ikisi isə yaralı olaraq ələ keçirilib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar