Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bəhreyn 40 gündən sonra hava məkanını yenidən açdı

Baxılıb: 8215     Tarix: 09-04-2026 10:35   

Bəhreyn 40 gündür bağlı olan hava məkanını yenidən uçuşlara açdığını elan edib. Qərar ABŞ, İsrail və İran arasında əldə olunan müvəqqəti atəşkəsdən sonra verilib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Bəhreynin BNA agentliyi məlumat yayıb.

Bildirilib ki, Nəqliyyat və Telekommunikasiya Nazirliyinin Mülki Aviasiya İşləri Departamenti ölkənin hava məkanının yenidən açıldığını açıqlayıb.

Bu addım regiondakı vəziyyətlə bağlı əvvəllər tətbiq edilən ehtiyat tədbirlərinin ləğvi çərçivəsində atılıb.

Vurğulanıb ki, hava nəqliyyatı ən yüksək təhlükəsizlik standartlarına uyğun şəkildə həyata keçiriləcək. Müvafiq qurumlarla koordinasiyanın davam etdiyi, sərnişinlərin təhlükəsizliyinin isə prioritet olaraq qaldığı qeyd olunub.

Xatırladaq ki, Bəhreyn fevralın 28-də ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlardan sonra təhlükəsizlik səbəbindən hava məkanını uçuşlar üçün bağlamışdı.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar