Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İranı hücumlarda ittiham etdilər

Baxılıb: 8217     Tarix: 10-04-2026 10:25   

Küveyt və Səudiyyə Ərəbistanı İranı və onun müttəfiqlərini müvəqqəti atəşkəs rejimi dövründə öz ərazilərindəki obyektlərə zərbələr endirməkdə ittiham ediblər.

Qanunvehedef.az xarici mətbuata istinadən xəbər verir ki, Küveyt XİN ölkənin həyati əhəmiyyətli obyektlərinə pilotsuz uçuş aparatları ilə hücum cəhdi olduğunu bəyan edib.

Səudiyyə Ərəbistanının dövlət agentliyinin anonim mənbəyə istinadən yaydığı məlumatda isə hücumlar nəticəsində krallığın mühüm neft kəmərinin və neft emalı zavodunun zərər gördüyü deyilir.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu isə hücumlarla əlaqəsini qəti şəkildə təkzib edib:

“İran İslam Respublikasının Silahlı Qüvvələri indiyədək atəşkəs saatları ərzində heç bir ölkəyə heç bir raket atmayıb”.

İran tərəfi bu zərbələrin ABŞ və ya İsrailin təxribatı ola biləcəyini iddia edib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar