Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Türkiyədə məktəbli liseyə hücum edib - Şagirdləri girov götürdü

Baxılıb: 738     Tarix: 14-04-2026 12:52   

Türkiyədə liseyə silahlı hücum olub.

Qanunvehedef.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ölkənin Şanlıurfa əyalətinin Siverek rayonunda baş verib.

Belə ki, liseyə tüfənglə daxil olan bir nəfərin ətrafa atəş açması nəticəsində azı 16 nəfər yaralanıb.

Hücum edən şəxsin də məktəbli olduğu və şagirdlərdən bəzilərini girov götürdüyü bildirilir. Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadası və xüsusi təyinatlı polis qüvvələri cəlb olunub.

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi yaralıların sayının 18 nəfərə çatdığını açıqlayıb.

Onlardan 10 nəfərinin şagird, 4 nəfərinin müəllim, 1 nəfərin polis, digər bir nəfərin isə lisey əməkdaşı olduğu qeyd edilib.

Hadisəni törədənin 19 yaşlı Ömer Ket olduğu və onun daha sonradan eyni silahla intihar etdiyi bildirilib.






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar