Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Türkiyədə 9 nəfəri öldürən yeniyetmənin atası həbs edildi

Baxılıb: 8511     Tarix: 16-04-2026 09:12   

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı insidentlə bağlı istintaq çərçivəsində hücumu törədən İ.A.M.-nin atası U.M. həbs edilib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Türkiyə Təhlükəsizlik Baş İdarəsi açıqlama yayıb.

Bildirilib ki, aparılan ilkin araşdırmalar zamanı şübhəlinin vatsap profilində 2014-cü ildə ABŞ-də hücum həyata keçirən Elliot Rocerə istinad edən şəkildən istifadə etdiyi müəyyən olunub.

Qeyd olunub ki, şübhəlinin atası U.M. aprelin 15-də saxlanılıb və daha sonra məhkəmənin qərarı ilə həbs edilib.

Vurğulanıb ki, şübhəlinin yaşadığı evdə və atasına məxsus avtomobildə aparılan axtarışlar zamanı əldə edilən rəqəmsal materiallar müsadirə olunaraq araşdırmaya cəlb edilib.

Rəsmi məlumata görə, hadisə yerində istintaq tədbirləri tamamlanıb, kamera görüntüləri də daxil olmaqla, bütün sübutlar diqqətlə təhlil olunur.

İlkin nəticələrə əsasən, hadisənin terror təşkilatları ilə əlaqəsi aşkarlanmayıb və insident fərdi hücum kimi qiymətləndirilir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar