Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bu ölkədə məktəblərdə rus dilində danışmaq qadağan edilir

Baxılıb: 8313     Tarix: 20-04-2026 10:20   

“Latviyada şagirdlərə məktəb ərazisində, hətta dərs olmayan vaxtlarda belə dövlət dilindən başqa dillərdə danışmağı qadağan edən bir sıra qanunlar qəbul edilib”.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə açıqlamasında Riqa Dumasının deputatı Aleksey Roslikov bildirib.

Onun sözlərinə görə, latviyalı siyasətçilər rus dilini yalnız ictimai yerlərdən kənarda şəxsi ünsiyyət üçün nəzərdə tutulmuş dil kimi qəbul edirlər. Deputatın fikrincə, Latviya hakimiyyətinin gördüyü tədbirlər örtülü şəkildə rus dilindən istifadəni qadağan etmək məqsədi daşıyır.

“Oxşar vəziyyət uşaq bağçaları üçün də nəzərdə tutulub”, - Roslikov əlavə edib.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar