Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı

Baxılıb: 8014     Tarix: 20-04-2026 11:24   

Avstriyada məşhur "Hipp" markalı uşaq qidası bankalarında siçan zəhəri tapılıb.

Qanunvehedef.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Avstriya polisi məlumat yayıb.

Polisin məlumatına görə, Burgenland federal torpağında yerləşən yaşayış məntəqəsində bir alıcı mağazadan şübhəli keyfiyyətə malik tərəvəz püresi alıb. Onun sözlərinə görə, banka artıq açılmış vəziyyətdə olub. Aparılan laborator analizlər nəticəsində bankaların tərkibində siçan zəhəri aşkarlanıb.

Bildirilir ki, həmin bankaların alt hissəsində qırmızı dairə şəklində nişan olub və qapaqlarının qoruyucu plombu zədələnib.

Market rəhbərliyi dərhal bu markaya məxsus məhsulları təkcə Avstriyada deyil, həm də Sloveniya, Macarıstan, Xorvatiya və İtaliyadakı 1 500 supermarketdən geri çağırıb.

"Hipp" şirkəti də uşaq qidası bankalarında zəhərli maddənin izlərinin aşkarlandığını təsdiqləyib. İstehsalçı bildirib ki, hadisə Avstriyada "kənar cinayət müdaxiləsi" nəticəsində baş vermiş ola bilər və bu məhsuldan istifadə etməməyə çağırıb.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar