Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Orbanın verdiyi sözü yerə saldı

Baxılıb: 849     Tarix: 21-04-2026 09:25   

Macarıstanda keçirilən son parlament seçkilərində qalib gələn “Tisza” partiyasının lideri Peter Madyar İsrailin Baş naziri Benyamin Netanyahu ilə bağlı diqqətçəkən açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, Madyar bildirib ki, ölkəsi Beynəlxalq Cinayət Məhkəməsininnin üzvü olaraq qalarsa, Netanyahu Macarıstan ərazisinə daxil olduğu təqdirdə həbs edilməlidir.

“Əgər bir şəxs BCM tərəfindən axtarılırsa və üzv ölkənin ərazisinə daxil olursa, həmin şəxs saxlanılmalıdır”, - o deyib.

Yeni hökumətin prioritetlərindən birinin Macarıstanın Beynəlxalq Cinayət Məhkəməsindən çıxma prosesini dayandırmaq olduğunu deyən Madyar bu qərarın 2 iyunadək reallaşdırılmasının planlaşdırıldığını vurğulayıb.

Qeyd edək ki, BCM 2024-cü ilin noyabrında Qəzzada törədildiyi iddia olunan müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə Netanyahu barəsində həbs qərarı çıxarıb.

Bundan əvvəl isə Macarıstanın hazırkı Baş naziri Viktor Orban Netanyahuya dəstək nümayiş etdirərək, onu Budapeştə dəvət etmiş və səfəri zamanı həbs olunmayacağına təminat vermişdi.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar