Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Almaniyada yanacağa görə 20 min uçuşu ləğv etdilər

Baxılıb: 859     Tarix: 22-04-2026 09:48   

Almaniyanın “Lufthansa” aviaşirkəti artan təyyarə yanacağı qiymətləri fonunda genişmiqyaslı uçuş ixtisarına gedir. Şirkət oktyabr ayına qədər təxminən 20 min qısaməsafəli reysi ləğv edəcəyini açıqlayıb.

Qanunvehedef.az xəbər verir ki, “Lufthansa” Qrupunun yaydığı bəyanatda bildirilir ki, yay aylarında uçuş şəbəkəsi optimallaşdırılacaq və ümumi tutum azaldılacaq.

Məlumata görə, Yaxın Şərqdə baş verən münaqişələr fonunda reaktiv yanacağın qiyməti iki dəfəyədək artıb. Nəticədə cədvəldən çıxarılan 20 min reys təxminən 40 min metrik ton yanacağa qənaət etməyə imkan verəcək.

Şirkət qeyd edib ki, bu addım, əsasən, zərərli qısaməsafəli marşrutların sayını azaltmağa yönəlib. Eyni zamanda, uzunməsafəli uçuşlar və qlobal şəbəkə daha səmərəli şəkildə qorunub saxlanılacaq.

Yeni strategiya çərçivəsində artıq gündəlik təxminən 120 reys ləğv olunub. Qarşıdakı aylarda isə ortamüddətli marşrut planlaşdırılması yenidən nəzərdən keçiriləcək.

Qeyd edək ki, enerji bazarındakı gərginliklə bağlı olaraq, Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol da Avropada yaxın perspektivdə reaktiv yanacaq çatışmazlığı riskinin artdığını bildirib.

Eyni zamanda, Niderlandın KLM aviaşirkəti də artan xərclər səbəbindən gələn ay Avropa daxilində 160 reysi ləğv edəcəyini açıqlayıb. “Lufthansa” isə xərc təzyiqləri fonunda törəmə şirkəti “CityLine”ın fəaliyyətini dayandırmaq qərarı verib.

Avropa İttifaqında neft emalı zavodları reaktiv yanacaq tələbatının təxminən 70 faizini qarşılayır, qalan hissə isə, əsasən, Yaxın Şərq və Körfəz regionundan idxal olunur.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar