Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Venesuelada həbsxanada üsyan oldu - Ölənlər var

Baxılıb: 8412     Tarix: 22-04-2026 10:12   

Venesuelanın Miranda əyalətində yerləşən yüksək təhlükəsizlikli həbsxanada baş verən iğtişaş nəticəsində 5 məhbusun öldüyü bildirilib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Venesuela Həbsxana Xidmətləri Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Yare Həbsxanasında məhbuslar arasında başlayan mübahisə qısa müddətdə üsyana çevrilib.

Qeyd olunub ki, hadisə zamanı 5 məhbus həyatını itirib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün Baş Prokurorluq tərəfindən istintaq başladılıb.

Venesuela Həbsxanaları Mərkəzindən vəziyyətin xaotik olduğu, ailə görüşlərinin dayandırıldığı bildirilib.

Venesuela Baş Prokurorluğu isə hadisənin araşdırılması və məhbus hüquqlarının təmin olunması üçün xüsusi komissiya yaradıldığını açıqlayıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar