Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Aİ Gürcüstana qarşı sanksiyalar tətbiq edə bilər

Baxılıb: 7514     Tarix: 22-04-2026 10:57   

Avropa İttifaqı (Aİ) müxalifətə və müstəqil mətbuata qarşı davranışına görə Gürcüstana qarşı sanksiyalar tətbiq etməyə hazırdır.

Qanunvehedef.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

Onun sözlərinə görə, birliyə daxil olan ölkələrdən yalnız biri bu qərarı bloklayır.

“Ümumi əhval belədir ki, əgər biz sanksiyalarda israr edirdiksə, 26 ölkə bizi dəstəklədi və yalnız biri əleyhinə çıxdı. Nəticə etibarilə, biz gürcü xalqı ilə daha çox işləməliyik ki, insanlar xoşməramlı olduğumuzu görsün. Lakin eyni zamanda Gürcüstan hökumətinə də seçdiyi istiqamətin Avropa dəyərlərinə uyğun gəlmədiyinə dair aydın siqnallar vermək lazımdır”, - Kallas Aİ-nin xarici işlər nazirlərinin iclasınının yekunlarına dair mətbuat konfransında söyləyib.

O, bəzi ölkələrdə yeni hökumətlər formalaşdıqdan sonra sanksiyalar məsələsinə yenidən qayıdacaqlarını əlavə edib.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar