Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Bu ölkəni tərk edin” - ABŞ-dən xəbərdarlıq

Baxılıb: 759     Tarix: 23-04-2026 09:29   

ABŞ hökuməti Livanda təhlükəsizlik vəziyyətinin sürətlə dəyişdiyini əsas gətirərək, vətəndaşlarını bu ölkəni tərk etməyə çağırıb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Beyrutdakı ABŞ səfirliyinin yaydığı açıqlamada deyilir.

Qeyd olunub ki, bölgədə vəziyyət mürəkkəb olaraq qalır və qısa müddətdə daha da pisləşə bilər. Bu səbəbdən ABŞ vətəndaşlarına kommersiya uçuşları mövcud olduğu müddətdə Livanı tərk etmək tövsiyə edilib.

Səfirlik ölkəni tərk etməməyi seçən vətəndaşlara fövqəladə hallara hazır olmalarını və hadisələrin inkişafını diqqətlə izləmələrini tövsiyə edib.

Qeyd edək ki, çağırış bölgədə davam edən gərginlik fonunda edilib. İsrail ordusu martın əvvəlindən Livanın cənubuna intensiv hava hücumları həyata keçirib və bəzi ərazilərə nəzarəti ələ keçirib. Bu proses nəticəsində ölkədə bir milyondan çox insanın məcburi köçkünə çevrildiyi bildirilir.

Livan və İsrail arasında 17 apreldə 10 günlük müvəqqəti atəşkəs qüvvəyə minsə də, tərəflər arasında qarşıdurmaların davam etdiyi qeyd olunur. İsrail Baş naziri Benyamin Netanyahu atəşkəsi qəbul etdiklərini bildirsə də, əməliyyatların tam dayandırılmayacağını vurğulayıb. “Hizbullah” da atəşkəs pozuntularına cavab verdiyini açıqlayıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar