Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Krit adasında güclü zəlzələ oldu

Baxılıb: 8111     Tarix: 24-04-2026 09:12   

Səhər saatlarında Krit adasında zəlzələ olub.

Qanunvehedef.az xəbər verir ki, yerli vaxtla saat 06:18-də qeydə alınan yeraltı təkanların gücü 5.7 bal olaraq qiymətləndirilib.

Zəlzələ adanın müxtəlif bölgələrində hiss olunsa da, ilkin məlumatlara əsasən, tələfat və ciddi dağıntı qeydə alınmayıb.

Afina Geodinamik İnstitutunun açıqlamasına görə, zəlzələnin episentri Lasiti bölgəsində yerləşən Qudura yaşayış məntəqəsindən təxminən 23 kilometr cənub-cənub-qərbdə olub. Yeraltı təkanların ocağı 9,7 kilometr dərinlikdə yerləşib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin gücünü 5.8 bal olaraq açıqlayıb.

Yerli hakimiyyət orqanları vəziyyətin nəzarət altında olduğunu bildirir və hazırda ciddi fəsadlarla bağlı hər hansı məlumatın daxil olmadığını qeyd edirlər.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar