Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İran Küveyt hava limanını vurdu - Yaralılar var

Baxılıb: 838     Tarix: 03-06-2026 10:48   

İran Küveyt hava limanına pilotsuz uçuş aparatları ilə zərbə endirib.

Qanunvehedef.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Nazirliyin rəsmi nümayəndəsi Səud əl-Ətvan dronların hava limanının birinci terminalında yerləşən sərnişin zalına hücum etdiyini bildirib.

“Binaya ciddi maddi ziyan dəyib, bir neçə nəfər yaralanıb ki, onlara lazımi tibbi yardım göstərilib”, - o deyib.

Hadisə ilə bağlı aeroportun fəaliyyəti dayandırılıb, uçuşlar təxirə salınıb, təyyarələr alternativ hava limanlarına yönləndirilib.

Xatırladaq ki, daha əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin Qəşm adasına hücumuna cavab olaraq Küveytdə yerləşən ABŞ hərbi bazalarını raketlərlə hədəfə aldığını bəyan edib.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar