Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Kubaya yeni zərbə - Rusiya və Çinin ümidinə qaldı

Baxılıb: 834     Tarix: 04-06-2026 10:23   

Kuba Mərkəzi Bankı (BCC) ABŞ sanksiyalarının təsiri nəticəsində ölkədə “Visa” və “Mastercard” kartları ilə əməliyyatların dayandırılacağını açıqlayıb. Yeni qərar 6 iyun tarixindən qüvvəyə minəcək.

Qanunvehedef.az xəbər verir ki, BCC-nin yaydığı bəyanata görə, iyunun 2-də Kubada “Visa” və “Mastercard” kartları ilə əməliyyatların həyata keçirilməsini təmin edən xarici bank “Fincimex” maliyyə qurumu ilə əməkdaşlığı dayandıracağını bildirib.

Kuba rəsmiləri bu addımı ABŞ-nin ölkəyə qarşı təzyiq siyasətinin davamı kimi qiymətləndiriblər. Bildirilib ki, qərar ABŞ Prezidenti Donald Trampın mayın 1-də imzaladığı və Kubaya qarşı sanksiyaları genişləndirən prezident fərmanı ilə birbaşa əlaqəlidir.

Mərkəzi Bankın açıqlamasında qeyd olunub ki, qərar nəticəsində Kuba “Visa” və “Mastercard” vasitəsilə həyata keçirilən mal və xidmət ticarətindən əldə etdiyi gəlirləri itirəcək.

Bəyanata əsasən, xarici bank ABŞ sanksiyalarının qüvvəyə minəcəyi 6 iyundan etibarən Kuba qurumları ilə müqavilələrin icrasının hüquqi baxımdan mümkün olmayacağını bildirib. Bankın adı isə açıqlanmayıb.

Kuba Mərkəzi Bankı ölkədə digər ödəniş vasitələrinin fəaliyyətini davam etdirəcəyini vurğulayıb. Belə ki, nağd ödənişlər yerli “Clasica” və “Tropica” öncədən ödənişli kartları, həmçinin Rusiyanın “Mir” və Çinin “UnionPay” beynəlxalq ödəniş sistemləri istifadədə qalacaq.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp mayın əvvəlində Kuba hökumətinə qarşı iqtisadi sanksiyaları genişləndirən yeni sərəncam imzalamışdı.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar