Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Baxılıb: 842     Tarix: 05-06-2026 08:42   

Böyük Səhrada aşkar edilən nadir meteorit təxminən 4,5 milyard il əvvəl Günəş sisteminin yaranma dövrünə dair mühüm sirri üzə çıxarıb.

“Qafqazinfo”nun məlumatına görə, alimlər bildirirlər ki, bu kosmik qaya milyardlarla il əvvəl mövcud olmuş, lakin sonradan tamamilə yoxa çıxmış ay və ya Mars ölçüsündə qədim bir planetin ilk qəti sübutunu təqdim edir.

Təxminən yarım kiloqram ağırlığında olan və “NWA 12774” adı verilən meteoritin tədqiqi göstərib ki, onun mənşəyi Günəş sisteminin formalaşmasından cəmi bir neçə milyon il sonraya təsadüf edir. Araşdırma nəticələri həmin dövrdə mövcud olmuş bəzi səma cisimlərinin planetlərin təkamülündə indiyədək məlum olmayan fərqli inkişaf yolu keçdiyini ortaya qoyub.

Meteorit “angrit” adlanan son dərəcə nadir qrupun nümayəndəsidir. Bugünədək dünyada 80 mindən çox meteorit qeydə alınsa da, onların arasında cəmi 68 angrit nümunəsi aşkar edilib. Bu daşlar Günəş sisteminin ən qədim vulkanik süxurları hesab olunur.

Tədqiqatçılar meteoritin tərkibində alüminiumla zəngin kristallar aşkar ediblər. Aparılan analizlər bu kristalların yalnız çox yüksək təzyiq şəraitində formalaşa biləcəyini göstərib. Laboratoriya simulyasiyalarına əsasən, həmin mineralların yaranması üçün Yer kürəsinin ən dərin nöqtəsi olan Marian çökəkliyindəki təzyiqdən 17 dəfə artıq təzyiq tələb olunur.

Alimlər qeyd edirlər ki, belə şərait kiçik asteroidlərdə yarana bilməz. Bu isə meteoritin daha böyük bir səma cisminin parçası olduğunu göstərir. Hesablamalara görə, həmin cismin ölçüləri ən azı Ay qədər, hətta Mars ölçüsündə ola bilərdi.

Bildirilir ki, sözügedən qədim planet Günəş sisteminin ilk dövrlərində baş verən güclü toqquşmalar nəticəsində məhv olub. Onun qalıqları isə zamanla digər qayalı planetlərin, o cümlədən Yerin formalaşmasında rol oynayıb.

Tədqiqat müəllifləri vurğulayırlar ki, dünyanın müxtəlif laboratoriyalarında araşdırılmağı gözləyən çoxsaylı meteorit nümunələri mövcuddur. Gələcək tədqiqatlar Günəş sisteminin erkən tarixində mövcud olmuş digər itmiş protoplanetlərin də aşkarlanmasına imkan yarada bilər.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar