Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Dağıstanda magistral qaz kəmərində partlayışlar oldu

Baxılıb: 7213     Tarix: 10-06-2026 08:47   

Rusiyanın Dağıstan Respublikasının Qızılyurd şəhəri yaxınlığında yerləşən magistral qaz kəmərində üç partlayış qeydə alınıb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.

İlkin məlumatlara əsasən, diametri 1200 millimetr olan əsas qaz boru kəmərində ardıcıl üç partlayış baş verib.

Hadisə nəticəsində ölən və ya xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

Rəsmilər partlayışların səbəblərinin araşdırıldığını, hadisə ilə bağlı təfərrüatın dəqiqləşdirildiyini bildiriblər.

Hadisə yerində müvafiq xidmətlərin əməkdaşları işləyir, araşdırma davam edir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar