Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəyanət qalmaqalı “Nvidia”nın səhmlərini ucuzlaşdırdı

Baxılıb: 891     Tarix: 09-11-2026 17:20   

ABŞ-nin texnologiya nəhəngi “Nvidia”nın səhmləri şirkətin baş direktoru Jensen Huanq ətrafında yaranan qalmaqal fonunda 4 faizdən çox ucuzlaşıb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentlik yazır ki, noyabrın 9-da birjadankənar ticarətdə şirkətin səhmlərinin qiyməti 178,6 dollara düşüb. Halbuki ötən həftənin sonunda “Nasdaq” birjasında bağlanış qiyməti 186,64 dollar olub. Ucuzlaşmaya səbəb Huanqın xarici kəşfiyyatın hədəfinə çevrilib-çevrilmədiyini müəyyənləşdirmək məqsədilə şirkətdə daxili araşdırmaya başlanılmasıdır.

Belə ki, “The New York Times” daha əvvəl Huanqın Sinqapurda yerləşən “Megaspeed” şirkətinin keçmiş rəhbərlərindən Elis Huanqla yaxın münasibətdə olduğunu yazıb. ABŞ kəşfiyyatı qadının Çin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyindən şübhələnir. Huanq isə əməkdaşlarına müraciətində həyat yoldaşına xəyanət etdiyini etiraf edib, lakin münasibətlərin təfərrüatlarını açıqlamayıb.

Qalmaqal fonunda onun qızı, “Nvidia” rəhbərlərindən Medison Huanqın Seulda keçiriləcək şirkət tədbirində iştirakını ləğv etdiyi bildirilib.

ABŞ Prezidenti Donald Tramp da məsələyə münasibət bildirərək Huanqı yaxşı insan adlandırıb və onun izahatının dinlənilməli olduğunu söyləyib.

Qeyd edək ki, noyabrın 8-də elan edilən daxili araşdırmaya baxmayaraq, “Nvidia” rəhbərliyi Huanqa etimadını ifadə edib. Şirkət hələlik məxfi məlumatların ələ keçirildiyini düşünmək üçün əsas olmadığını açıqlayıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar