Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Roma Papası rahiblərin evlənməsinə qadağanı saxladı

Baxılıb: 749     Tarix: 29-01-2019 10:16   
Roma Papası Fransisk rahiblərin nikaha girməməsi haqqında Roma Katolik Kilsəsinin qaydalarının dəyişilməsi məsələsinə yekun nöqtəni qoyub.
Qanunvehedef.az xəbər verir ki, Papa rahiblərin nikaha girməməsinin tərəfdarı olduğunu bəyan edib.
“Məncə, nikaha girməmək kilsənin hədiyyəsidir. Mən subaylıq məsələsində könüllülüyə izn verilməsini istəyənlərlə razı deyiləm”, – deyə o bildirib.
Qeyd edək ki, katolik kilsəsində uzun müddətdir rahiblərin evlənməsi tərəfdarları ilə əleyhdarları arasında mübahisə gedir. Bu ideyanın tərəfdarları düşünürlər ki, rahiblər evlənərək müqəddəs ordenlərə daha çox kişi cəlb edə bilərlər. Bunun əleyhdarları isə keşişlərin subaylıq sayəsində özlərini tam olaraq kilsəyə həsr edə biləcəklərini düşünürlər.
Rahiblər üçün nikah XII əsrdə qadağan edilib. Rahiblərə evlilik qadağası qeyri-rəsmi doktrina sayıldığına görə onun dəyişmə ehtimalları da mövcuddur.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar