Hansı partiyalar seçkidə iştirak edəcək? - Açıqlama
Baxılıb: 522 Tarix: 06-12-2019 14:06
Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il 9 fevralda keçiriləcək. Ötən gün Prezident sərəncamı ilə müəyyənləşən bu tarixə hansı partiyalar hazırdır?
Qanunvehedef.az bununla bağlı bəzi siyasi partiyalara müraciət edib.
AVP sədrinin müşaviri Jalə Mütəllimova:
Ana Vətən Partiyası olaraq biz 9 fevral tarixinə müəyyən edilmiş seçkilərdə iştirak edəcəyik. Sabah bununla bağlı partiya Ali Məclisin toplantısını keçirəcək. O toplantıdan sonra dairələr və namizədlər müəyyənləşəcək”.
ReAL-ın icra katibinin müavini Natiq Cəfərli:
ReAL Partiyası seçkilərdə iştirak edəcək. Biz erkən parlament seçkilərinin olması ehtimalını nəzərə alaraq, hələ bir il öncədən hazırlıqlara start vermişik. Ona görə də ReAL seçkilərdə çoxsaylı namizəd qrupu ilə çıxış edəcək.
VHP sədrinin müavini Samir Əsədli:
Vətəndaş Həmrəyliyi Partiyası seçkidə iştirak edəcək. Ancaq Siyasi Şura hələ toplanmayıb deyə, namizədlərimiz təsdiqlənməyib.
Müsavat Partiyasının başqanı Arif Hacılı:
Müsavat Partiyasının növbədənkənar məclisi çağırılıb. Həmin məclisdə də partiyamızın seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı qərar veriləcək.
BQP sədri Fazil Mustafa:
İştirak edəcəyik, Böyük Qurtuluş Partiyasının bir deyil, bir neçə namizədi olacaq. Artıq seçkiyə hazırlığa başlamışıq.
ADİP sədri Asim Mollazadə:
Azərbaycan Demokratik İslahatlar Partiyası bu seçkilərdə də iştirak edəcək.
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı:
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının öncədən də mövqeyi belə idi ki, növbədənkənar parlament seçkiləri keçiriləcəyi təqdirdə bir partiya kimi həmin seçkilərdə iştirak edək. Partiyamız həftənin birinci günü İdarə Heyətinin iclasında seçkiləri müzakirə edəcək. Mən özüm də partiya sədrinin müavini kimi şəxsən namizədliyimi irəli sürəcəyəm.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev:
Gələn həftənin 3-cü günü partiyanın Siyasi Şurasının iclası olacaq. Partiyadan 50-60 nəfərin namizədliyini verməyi düşünürük.
Ən çox oxunanlar
Son xəbərlər