Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ərdoğanın ABŞ-a iki mühüm ismarışı – Şərh

Baxılıb: 556     Tarix: 16-12-2019 16:45   

Vaşinqtonda düşünürlər ki, sanksiyalarla, erməni qətnamələri ilə Türkiyəni sözəbaxan edəcəklər, lakin tam əksi baş verir.
Qanunvehedef.az xəbər verir ki, bunu analitik Elxan Şahinoğlu qeyd edib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “erməni soyqırımı” qətnaməsinin qəbulu etməsi ilə bağlı çıxışındakı iki vacib məqama diqqət çəkib:
“Birincisi, Ərdoğan Vaşinqtona mesaj göndərib ki, bu gedişlə ABŞ-ın İncirlikdəki hərbi bazasını qapada bilər. İkincisi, “erməni soyqırımı” qətnaməsinin qəbuluna qarşılıq olaraq Türkiyə parlamenti də ABŞ-da hindulara qarşı həyata keçirilən soyqırımı tanıya bilər.
ABŞ Türkiyəni sürətlə itirir. ABŞ-dakı siyasi mərkəzlər hesab edirlər ki, Türkiyə Soyuq müharibə illərində olduğu kimi, Vaşinqtondan gələn bütün təlimatları qeyd-şərtsiz yerinə yetirməli, öz maraqlarını yox, birinci növbədə Amerikanın maraqlarını nəzərə almalıdır. Soyuq müharibə 28 ildir bitib, SSRİ yoxdur. Beləcə Türkiyənın Amerikanın himayədarlığına ehtiyacı qalmayıb. Türkiyə bölgədə öz maraqları olan regional oyunçuya çevrilib. Amerikada bunu anlamaq istəmirlər. Vaşinqtonda düşünürlər ki, sanksiyalarla, “erməni qətnamələri” ilə Türkiyəni sözəbaxan edəcəklər, tam əksi baş verir”.
E.Şahinoğlunun sözlərinə görə, İncirlikdəki hərbi bazanın ABŞ-ın üzünə bağlanması asan məsələ olmasa da, gedişat Ankaraya alternativ yol qoymayıb:
“İncirlik hərbi bazasının bağlanması ilə Türkiyə-ABŞ strateji tərəfdaşlığı üzərindən xətt çəkilmiş olacaq”.
Qeyd edək ki, Ərdoğan açıqlamasında İncirlik hərbi bazasını ABŞ-ın üzünə bağlaya biləcəklərini, həmçinin, ABŞ-ın hindulara qarşı həyata keçirdiyi etnik təcavüzü soyqırım kimi tanıya biləcəklərini söyləmişdi.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar