Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Trampın impiçmenti və Qarabağ oyunu... – Millerdən sensasiya

Baxılıb: 642     Tarix: 19-12-2019 14:36   

Respublikaçı Adam Şiffin rəhbərlik etdiyi Konqresin impiçment tədqiqatçıları kontingenti korrupsiya və xarici müdaxilə vəsatəti ilə əlaqədar iddialarla bağlı araşdırmaların başlıqlarını toplamağa davam edir. Ancaq Şiff və həmkarları əvvəlcə öz idarələrini təmizə çıxarmalıdırlar.
Qanunvehedef.az xəbər verir ki, bunu ABŞ-ın “Haym Solomon” mərkəzinin siyasət və xəbərlər departamentinin rəhbəri Pol Miller yazıb. Müəllif ABŞ mediasında ötən gün tirajlanan məqaləsində daha sonra davam edib:
“Hayastan” Ümumerməni Fondu direktoru Ara Vardanyanın fondun vəsaitinin mənimsənməsi və sui-istifadəsi ittihamları ilə həbs olunmasından bir il sonra illik telemarafonda antirekord həddə - 10 milyon dollar topladı. Eyni telemarafon 2018-ci ildə 11,1 milyon dollar, 2017-ci ildə 12,5 milyon dollar, 2016-cı ildə 15,4 milyon dollar, 2008-ci ildə isə 35 milyon dollar toplamışdı. Qanunauyğunluğu müşahidə edə bilirsinizmi?
Fondun dəstəkçilərinin və telemarafonun qonaqlarının sayının illər ərzində getdikcə azalmasında Adam Şiff, Ceki Spier, Frank Pallone, Tulsi Qabbard və Bred Şerman kimi demokrat iştirakçıların da payı vardır. Bu şəxslərin hər biri impiçment müzakirələrində öz fikirlərini kifayət qədər yüksək səslə bildiriblər (Qabbard öncə impiçmentlə bağlı tərəddüd etsə də, sonradan mövqeyini dəyişdi). Bununla belə, onların erməni fonduna arxa çıxmaları xarici müdaxilə qalmaqalının yaranmasına səbəb oldu. Problem Ermənistan Fondunun tarixi ilə başlanır. 1992-ci ildə Ermənistan prezidenti tərəfindən Los-Ancelesdə əsası qoyulmuş və 1994-cü ildə mağaza açan fond özünü “Ermənistan və “Artsax” respublikalarının ehtiyaclarına xidmət edən humanitar təşkilat” adlandıraraq, dünyaya yayılmış erməni diasporu ilə ermənistanlıları birləşdirmək və Ermənistan xalqı üçün daha yaxşı məskən yaratmaq missiyasını daşıyırdı. “Artsax” termini müxtəlif BMT qətnamələrinin də təsdiqlədiyi kimi Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını ifadə edir. Eyni zamanda, “Dağlıq Qarabağ Respublikası” ifadəsini işlətmək Dağlıq Qarabağa müstəqil dövlət olaraq yox, ərazinin gələcək statusuna tərəflərin danışıqlar vasitəsi ilə həll etməli olduqları məsələ kimi yanaşan ABŞ Dövlət Departamentinin siyasəti ilə ziddiyyət təşkil edir.
Fond Konqresdə öz tərəfdarlarını unikal dilemma qarşısında qoyur. Demokratlar bir tərəfdən Trampın tərəfdaşlarını qeydiyyatdan keçməmiş xarici agentlərlə şübhəli fəaliyyətlərinə görə hədəf alırlar, amma digər tərəfdən xarici hökumət tərəfindən yaradılan və idarə heyətinin sədri Ermənistan prezidenti olan Fondun eynilə xarici agentlərin qeydiyyatı qanununa uyğun olaraq qeydiyyatdan keçməməsi faktını necə gözardı edə bilirlər?
Erməni fondu “məktəblər, yollar, xəstəxanalar və ictimai mərkəzlər” kimi infrastruktur layihələrini gözə soxarkən əslində olmağı planlaşdırdığı “məsum humanitar qrup”dan bir qədər uzaqlaşır. Fondun filialları özündə ABŞ-ın Ermənistan və Dağlıq Qarabağı daha çox maliyyələşdirməsi üçün Konqresdə kampaniya aparan iki siyasi lobbini – Amerika Erməni Məclisini, Amerika Milli Erməni Komitəsini (ANCA) cəmləşdirir. Erməni lobbilərinin fəaliyyətləri əsas etibarı ilə Ermənistan və Azərbaycanı sülhdən uzaqlaşdırmağa, o cümlədən ANCA-nın Madrid prinsiplərini rədd etməsinə xidmət edir. Ermənistan Fondunun rəhbəri Vardanyanın 2018-ci ilin iyul ayında həbs edilməsi artıq ictimaiyyəti siyasi cəbhə kimi aldadan bir qurumdakı korrupsiyanı ifşa etdi. Fonda qoyulan ianələrin azalması, postsovet ölkələrindən ən az müstəqil olan Ermənistanın kiçilməsini daha geniş miqyasda əks etdirir.
“Qallup”un sorğusuna əsasən, dünyada ən hiddətli əhali sayılan ermənilərin ümumi sayının azalması qeydə alınıb. Bu qəzəb Ermənistanın boğulmaqda olan, inflyasiya ilə üzləşən iqtisadiyyatı və Baş nazir Nikol Paşinyanın vədlərini yerinə yetirmədiyi “məxməri inqilabın”dan qaynaqlanır. Məhz Paşinyan Moskvanın İrəvan üzərindəki əsaslı nəzarətinin və Ermənistanın Azərbaycanla sülh prosesindəki intizamsızlığının əsas səbəbidir.
Ermənistan bu iqtisadi nasazlığını 180 dərəcə dəyişib Rusiyanın orbitindən çıxa bilərmi?
Ermənistan Azərbaycanla onilliklər boyu davam edən münaqişəsinə bağlı qaldığı müddətcə irəliləyişdən söhbət belə gedə bilməz. Erməni xalqı üçün mübahisələrə səbəb olan, kənar qrupların maddi dəstəyindən asılı olan Ermənistan Fondunda korrupsiya və xəyal qırıqlığı daha da artacaq, ANCA-nın himayədarlığına arxalanaraq sülh perspektivlərinə ziyan vurulacaq.
Eyni zamanda Demokratlar Partiyası Erməni Fondu və ANCA-nı dəstəkləməklə erməni xalqına heç bir xeyir vermədi. İndi isə onlar impiçment ittihamını irəli sürdüklərindən onların bu riyakarlığını səsləndirmək sadəcə ədalətlidir. Uzun illər erməni diasporunun telemarafonlarını dəstəklədikləri iddia olunan şəxslər prezident korrupsiyasına necə qarşı çıxa bilərlər? (Həmin illərdə Ermənistanın Los-Ancelesdəki baş konsulu Rusiya vətəndaşı və məşhur oliqarx idi).
İmpiçmentin siması olan, Ukrayna qalmaqalı ilə boğaza qədər çirkaba batmış Şiff, rəsmi olaraq Əsəd rejiminin tərəfdarı olan prezidentliyə namizəd Qabbard və oktyabrda Ermənistan hökumətinin hərbi helikopteri ilə Dağlıq Qarabağa gələrək ABŞ-ın müttəfiqi olan Azərbaycana təhlükəsizlik yardımının dayandırılmasını tələb edən Pallone kimi siyasətçilərin ikibaşlı danışmaları təəccüb doğurmamalıdır”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar