Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Saakaşvili Ərdoğandan nələr dedi...

Baxılıb: 1 422     Tarix: 24-06-2020 11:14   

Mən sonuncu dəfə Türkiyə Prezidenti Ərdoğanla bir neçə il öncə görüşmüşəm. Bu, təxminən 17-ci il idi, çevrilişə cəhddən öncə (Türkiyədə çevrilişə cəhd 2016-cı il 15 iyulda olub, demək, görüş də 2016-da baş verib – red.) idi. Bizim çox mehriban söhbətimiz oldu.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Ukrayna Milli İslahatlar Şurası İdarə Heyətinin rəhbəri, eks-prezident Mixail Saakaşvili “Qordonun qonaqları” verilişində Türkiyə lideri Ərdoğan və Rusiya Prezidenti Putinin əlaqələri haqda danışarkən deyib.
Saakaşvili bildirib ki, həmin vaxt Türkiyənin Rusiya ilə münasibətləri zəifləmişdi (2015-ci il 24 noyabrda Türkiyənin Rusiya qırıcısını Suriya ilə sərhəddə vurmasından sonra iki ölkə arasında münasibətlərin zəifləməsinə diqqət çəkilir – red.):
“Ərdoğan dedi ki, heç vaxt geri çəkilməyəcək və Türkiyəni təzyiqlərdən qoruyacaq – o cümlədən Rusiyanın da təzyiqlərindən. O, çox döyüşkən görünürdü”.
Saakaşvili deyib ki, bundan sonra Putin və Ərdoğan barışdı:
“Ancaq bu barışma uzunmüddətli ola bilməz, çünki Rusiya onlara yuxarıdan aşağı baxır, türklər isə çox qürurludur”.
Saakaşvili deyib ki, Ərdoğanın da Putin kimi reytinqinin düşməsi problemi var:
“Ərdoğan Türkiyəni qısa müddətdə modernləşdirdi. Mən sonuncu dəfə İstanbulu gəzməyə çıxarkən ən ucqar küçələrdə gəncləri Paris, Cenevrə, Lozannadakı kimi gördüm – kafelərdə qəzet oxuyurdular. Halbuki 90-cı illərdə İstanbulun bu rayonları dəhşətli idi, çirkli idi, ancaq indi tamamilə sivil görünüşdədir”.
Saakaşvili deyib ki, buna baxmayaraq, müasir gənclik baş verən bu böyük müsbət dəyişikliklərə görə heç də Ərdoğana minnətdar deyil:
“Bu, bir az faciəvidir, ancaq neyləmək olar, hər kəsin öz vaxtı var. Daimi hakimiyyətdə olmaq olmaz”.шаблоны для dle 11.2



Ən çox oxunanlar