Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

General açıqladı: Poladın şəhid olma səbəbi... – Video

Baxılıb: 967     Tarix: 17-07-2020 18:11   

Ermənistan ordusunun Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törətməkdə başlıca məqsədi bizi dünya ictimaiyyətinə mənfi obrazda təqdim etməkdir.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov LAF TV-nin canlı efirində deyib. Onun sözlərinə görə, ermənilər düşünürdülər ki, Ordumuz Ermənistan ərazisinə girəcək:
“Beləcə onlar bizi təcavüzkar dövlət olaraq dünya ictimaiyyətinə göstərə biləcəkdilər. Ancaq Azərbaycan Ordusu heç bir zaman yaşayış məntəqələrini özünə hədəf olaraq seçməyib. Bu, Qarabağ savaşı zamanı da, Aprel döyüşləri zamanı da belə olub, indi də belədir. Ermənilərin bu təxribatı xüsusi hazırlanmış plandır. Görünür, uzun müddət bu plan üzərində hazırlıq gedib”.
General-leytenant cəbhə xəttindəki itkilərimiz haqda da danışıb:
“Ermənilərin havadarları var. Mən konkret ad çəkmək istəmirəm, hər kəs bunu bilir. Məhz buna görə də döyüşlər zamanı başda Polad Həşimov olmaqla, bir neçə yüksək rütbəli zabitimiz şəhid oldu”.
Y.Aydəmirov deyib ki, P.Həşimovun şəhid olması məsələsi Ali Baş Komandanın əmrilə araşdırılır.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar