Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Həşimov necə şəhid oldu? – Türk ekspertdən sensasiya

Baxılıb: 628     Tarix: 29-07-2020 16:14   

Şəhid general Polad Həşimov 2016-cı il Aprel döyüşləri zamanı Talış kəndi yaxınlığında ələ keçirdiyi bölgələrdən birindən çəkilməsi barədə daxildən birisi ilə çox ciddi mübahisə etmişdi. Hətta ondan ələ keçirilən yerə sancılan Azərbaycan bayrağını götürmək istənilmişdi. Bu hadisədən sonra istefa versə də, Prezident İlham Əliyev xəbər tutaraq, onun istefasını qəbul etməmiş və Həşimovu dərhal vəzifəsinə geri qaytarmışdı.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Türkiyənin məşhur hərbi eksperti Abdullah Ağar yazıb.
O, Aprel savaşı zamanı göstərdiyi şücaətə görə Talış kəndindəki postlardan birinə onun adının verildiyini xatırladıb.
Ağar, həmçinin Həşimovun Azərbaycandakı rusiyayönlülər tərəfindən (qeyd edək ki, Səfər Əbiyevin dönəmində Polad Həşimova qarşı ədalətsizliklər edildiyi, hətta rütbəsinin aşağı salındığı haqda məlumat var – red.) sevilmədiyini də bildirib.
“General-mayor Həşimovun şəhid olduğu hadisədə yerləşdiyi komanda qərargahı cəbhə xəttinin 31 kilometr gerisindədir. Yəni general-mayor Həşimovun sərhəd xəttindən hava yolu ilə 31 kilometr içəridə bir silahlı pilotsuz uçan aparatla vurulduğu iddia edilir. Standart silahlı PUA əməliyyatlarında belə şey mümkün deyil. Bir silahlı PUA-nın hədəfi izləməsi, aşkarlaması, analizi olmadan belə dəqiq atəş həyata keçirməsi mümkünsüz. Belə olan halda belə dəqiq atəşin digər parametrlərinə diqqət etməyə ehtiyac yaranır. Yəni düşmən hərbi kəşfiyyatı, hədəfi göstərmək! Belə dəqiq atəş ancaq Həşimovun yerini anlıq və dəqiq olaraq bildirən informasiya, kəşfiyyat məlumatı nəticəsində həyata keçirilə bilər. Hücumdan 15 dəqiqə öncə generalın bəzi şəxslərlə görüşdüyü ifadə edilir. Bu informasiyaya əsaslansaq, silahlı PUA hücumuna məruz qalaraq şəhid olan Həşimovun yeri haqqında məlumatın bunun sayəsində təyin edildiyi və bunun da Rusiya nəzarətində erməni silahlı PUA-larına ötürüldüyü iddia edilir”.
Ağar yazısında Aprel döyüşlərində və Tovuzda daha çox Türkiyədə təhsil alan zabitlərin şəhid olmasına diqqət çəkib və bunun nəzarətdə saxlanılması gərəkdiyini qeyd edib:
“Türkiyə Türkiyədə təhsil alan azərbaycanlılar da daxil olmaqla, Türkiyəni sevən qardaşlarını qorumalıdır”.
Ağar, həmçinin Azərbaycan dövlətinin son dövrlərdəki yürütdüyü siyasətin Rusiyanı narahat edə biləcəyini də istisna etməyib:
“Azərbaycan dövlətinin son dövrlərdə həyata keçirdiyi siyasət Rusiyanı narahat edə bilər. Azərbaycanın geniş iqtisadi layihələri və təbii qaz və neftdən gəlirlərlə ticarət həcmini genişləndirməsinə görə dövlət idarəçilərinə mesaj kimi Tovuz təxribatı törədilə bilər”.
Ağarın fikrincə, Azərbaycanın qarışmasını istəyən güclər mövcud vəziyyəti fürsət bilib, FETÖ, PKK və radikal-islamçı qruplardan istifadə edərək, xalqı provokasiyaya çəkmək istəyə bilərlər.
Hərbi ekspertin sözlərinə görə, Türkiyənin Azərbaycana kömək etməsi üçün ilk növbədə statusun formalaşdırılması gərəkdir:
“Azərbaycanın məruz qaldığı basqılara qarşı tədbirlərin görülməsi vacibdir. Çünki Bakı yeni hücuma məruz qalmaq, yeni qeyri-stabilliklə toqquşmaqla çox qayğılıdır”.
Ağar Prezident və Müdafiə naziri ilə birlikdə çalışacaq türkiyəlilərdən ibarət xüsusi müşavir heyətinin formalaşdırılması gərəkdiyini söyləyib:
“Azərbaycan üçün həll mahiyyətində olacaq bir hədəf müəyyən edilməsi önəmlidir. Bu hədəf müstəqil Azərbaycan Respublikası ilə Türkiyə arasında sərhəd qonşuluğuna imkan yaradacaq formada Naxçıvan və Qarabağ üzərindən Azərbaycana uzanacaq bir dəhliz açılması ola bilər. Bu vəziyyət xalqın da dəstəyini alacaq, yarana biləcək gərginliyin önünü kəsəcək. Əks təqdirdə hadisələrin gedişinə görə həmlə həyata keçirəcək qüvvələr əvvəl-axır Azərbaycana ciddi ziyan vura bilər. Azərbaycan belə vəziyyətdə torpağını işğaldan azad etməyə ümid edərkən, yeni işğal riski ilə qarşılaşa bilər. Unudulmamalıdır ki, 30 il öncəki Qarabağ savaşı Türkiyənın türk dünyası ilə əlaqəsini kəsmək üçün həyata keçirilmişdi. Bu gün də bənzər geosiyasi hiylələr qüvvədədir. Türkiyə ilə türk dünyası arasında bağı qopartmalarına rəğmən Türkiyə ilə Azərbaycan arasında Tovuz keçidini təzyiq altına alaraq destabilizasiya etmək üzərindən bəzi hiylələrə cəhdlər edirlər. Məsələ son dərəcə həssas və önəmlidir”.
Qeyd edək ki, general Aydəmirov da general Həşimovun şəhid olması ilə bağlı olayın hərbi rəhbərlik tərəfindən ciddi araşdırıldığını qeyd etmişdi.шаблоны для dle 11.2



Ən çox oxunanlar