”Atəşkəs sazişi” bitdi, “Şuşa müqaviləsi”nə doğru...
Baxılıb: 793 Tarix: 30-09-2020 12:22
Milli Məclisin payız sessiyasının ilk iclası Qarabağ uğrunda Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlarla bağlı deputatların çıxışları ilə başlayıb.
Qanunvehedef.az xəbər verir ki, Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc hazırda Vətənimizin müqəddəs bir parçası uğrunda gedən müharibənin yaşadığımız region və dünyada bir nömrəli müzakirə mövzusuna çevrildiyi qeyd edib.
“Müxtəlif dövlətlərin, eləcə də BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin müzakirəsinə çıxarılan Qarabağ məsələsi ətrafında qızğın müzakirələr gedir. Azərbaycan Prezidentinin qətiyyətli qərarları Ermənistanı, Minsk Qrupunu və iri dövlətləri hərəkətə gətirib və çözüm variantlarının tapılması üçün yollar aranır. Lakin bir fakt hamıya gün kimi aydındır: birinci Qarabağ müharibəsinin nəticəsi olaraq imzalanmış “Bişkek protokolu” və “Atəşkəs müqaviləsi”ni artıq qüvvədən düşmüş saymaq olar.
90-cı illərdə ölkəmizin itirdiyi torpaqları danışıqlar masasında təslimçilik aktına daşımağa çalışan Ermənistanın qarşısında Ulu öndər Heydər Əliyev dayanmışdı və məlum sənəd heç bir hüquqi öhdəlik, məcburi tələblər yaratmamışdı”.
O, daha sonra deyib ki, indi Ordumuzun apardığı müqəddəs savaşın qələbə ilə nəticələnəcəyinə, Bişkekdə deyil, Şuşada sülh müqaviləsinin imzalanacağına hər birimiz inanınırıq:
“İlham Əliyevin liderliyi ona qadirdir ki, Ordunun qələbələrini sənəd üzərində böyük diplomatik məharətlə həkk etsin.
Ona görə bizim siyasət adamlarımız, politoloq və təhlilçilərimiz 1994-cü ilin “Atəşkəs müqaviləsi”nə daha istinad etməyə bilərlər!”
Ən çox oxunanlar
Son xəbərlər