Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İsmayılovun nəşi Baş Prokurorluğa təhvil veriləcək

Baxılıb: 629     Tarix: 27-01-2021 12:44   
Nigeriya sahillərində dəniz quldurlarının hücumu nəticəsində həlak olan azərbaycanlı mühəndis Fərman İsmayılovun nəşi ilkin olaraq Baş Prokurorluğa təhvil veriləcək.
Qanunvehedef.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
“Baş vermiş hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Baş Prokurorluğa müraciət etmişdi. Fərman İsmayılovun nəşi Baş Prokurorluğa təhvil veriləcək. İlkin olaraq meyitə məhkəmə-tibb eksperti tərəfindən baxış keçiriləcək. Ondan sonra mərhumun nəşi ailəsinə təhvil veriləcək”, - XİN rəsmisi bildirib.
Qeyd edək ki, F.İsmayılovun nəşi bu gün Vətənə gətirilib. O, Siyəzən rayonu, Qozağacı kənd qəbiristanlığında torpağa tapşırılacaq.



Ən çox oxunanlar
{sape_links}{sape_article}