Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Cüdoçumuz dünya çempionu oldu

Baxılıb: 786     Tarix: 21-08-2026 13:24   

Azərbaycan cüdoçusu Fərid Rzazadə yeniyetmələr arasında dünya çempionu olub.

Qanunvehedef.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Ekvadorun Quayakil şəhərində keçirilən dünya çempionatının ilk yarış günündə -50 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz qızıl medal qazanıb.

Fərid Rzazadə finala gedən yolda Süleyman Doğru (Türkiyə), Bekaris Kudaybergen (Qazaxıstan) və Artur Bonatonu (Braziliya) mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə qazaxıstanlı Adiljan Nurbekeni məğlub edən cüdoçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Azərbaycanın Dövlət Himnini səsləndirib.

Qeyd edək ki, bu gün daha üç yeniyetmə cüdoçumuz dünya çempionatında tatamiyə çıxacaq.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar