Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Nikol Qərbin “Qafqaz oyunu”nda... - Moskvadan baxış

Baxılıb: 566     Tarix: 02-06-2021 11:05   

Məlumdur ki, 44 günlük müharibədən sonra Qərb Qafqaz regionundan kənarlaşdırıldığını dərk edib. Məhz bu səbəbdən indi Qərb ATƏT-in Minsk Qrupunun bərpası üçün fəal, çoxşaxəli addımlar atır.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Ermənistanın 168.am saytına müsahibəsində rusiyalı politoloq Aleksey Malaşenko bildirib.
Onun sözlərinə görə, Paşinyan Fransa və ABŞ-ı regiona qaytarmağa çalışaraq, seçkidə Qərbin dəstəyini almağa ümid edir:
“Başqa sözlə, seçkidə Rusiya-Qərb qlobal siyasi oyunu nəzərə çarpacaq. Nəzərə almaq lazımdır ki, hətta ATƏT-in Minsk Qrupu bu regiona qayıtsa belə, Qərbin 10 noyabr bəyanatından irəli gələn prosesləri dəyişmək cəhdlərindən başqa ciddi şəkildə gündəmdə heç nə dəyişməyəcək. Yəni gözlənilməz bir şey olmayacaq. Qərb regionda öz yerini bərkitməyə çalışacaq. Biz ciddi geosiyasi dəyişikliklər mərhələsindəyik. Rusiya və Qərb yenidən üz-üzə qalacaq – bu dəfə Qafqazda”.шаблоны для dle 11.2