Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Sərhəd zonasında yollar təcili düzəldilsin - Ekspert

Baxılıb: 700     Tarix: 17-06-2021 11:36   

Sərhəd zonasında, xüsusən də yüksək dağlıq yerlərdə yolların vəziyyəti təcili surətdə yaxşılaşdırılmalıdır.
Qanunvehedef.az xəbər verir ki, nəqliyyat eksperti Ərşad Hüseynov bu barədə çağırış edib.
“Laçın rayonunun cənubunda Dövlət Sərhəd Xidmətinin hərbçilərinin yol qəzasında həlak olması çox üzücü xəbər oldu. Belə itkilərin baş verməməsi üçün sərhəd zonasında, xüsusən də yüksək dağlıq yerlərdə yolların vəziyyəti təcili surətdə yaxşılaşdırılmalı, sürücülərin peşakarlığına və texnikanın sazlığına yüksək diqqət yetirilməlidir”, - ekspert vurğulayıb.
Qeyd edək ki, iyunun 16-da DSX-nin hərbi qulluqçuları - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oglu Laçın rayonunun Cicimli kəndi yaxınlığında MAZ markalı yük avtomobilinin yol kənarındakı dərəyə düşməsi nəticəsində həlak olublar.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar