Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Sərhəddə atışma: daha bir erməni əsgər yaralandı - Video

Baxılıb: 577     Tarix: 29-07-2021 11:30   

Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər istiqamətində ermənilərin atəşkəs rejimini pozmasına Ordumuzun verdiyi cavab nəticəsində hələlik bir ermənininin yaralandığı açıqlanıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Ermənistan MN açıqlama yayıb.
Düşmən atışmanın səhər saatlarında (8:40) olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan MN bu gecə saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub.
Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb. Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Xatırladaq ki, ötən gün baş verən atışmada 3 erməni əsgər məhv edilmiş, 5-i yaralanmışdı.





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar