Xəbər lenti
30/01/2026 [12:32]
Sabah hava necə olacaq?
29/01/2026 [15:17]
Sabah hava necə olacaq?
Arxiv
«    Февраль 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
232425262728 

Süleyman Soylu və general Mirzəyev Muğlada - Foto

Baxılıb: 483     Tarix: 06-08-2021 13:56   

Türkiyənin daxili işlər naziri Süleyman Soylu və fövqəladə hallar nazirinin müavini, general Etibar Mirzəyev Muğlanın Milas bölgəsində yerləşən Yeniköy Kəmər Elektrik Stansiyasının ərazisində görüşüb, müzakirə aparıblar.
Qanunvehedef.az xəbər verir ki, sözügedən ərazidə dağda baş verən yanğın dəyərləndirilib və azərbaycanlı yanğınsöndürənlərin fəaliyyət istiqamətləri koordinasiya edilib.
Hazırda dağda yanğının söndürülməsi istiqamətində helikopterlərin dəstəyi ilə ciddi mübarizə aparılır.
Süleyman Soylu və general Etibar Mirzəyev Azərbaycan mediasına vəziyyətlə bağlı açıqlama da veriblər. S.Soylu bildirib ki, bu əraziyə yanğın keçərsə, bütöv vilayətin enerji təminatı dayana bilər. Bunun qarşısının alınması üçün azərbaycanlı və yerli yanğınsöndürənlərin fəaliyyəti koordinasiya edilib və gücləndirilib.



{sape_links}{sape_article}