Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

İrəvanın yeni PUA oyunu: Nikol məktəblilərdən imdad diləyir

Baxılıb: 296     Tarix: 03-09-2021 12:51   

Ermənistanda pilotsuz uçan aparatlar üçün ilk təlim poliqonu hazırlanıb və 18 sentyabrda sınaqdan keçiriləcək.
Qanunvehedef.az xəbər verir ki, bunu Ermənistanın Karen Vardanyan adına Təhsil Fondunun direktoru Suren Vardanyan deyib. O, müsabiqəyə 16 məktəb, 10 həvəskar, 3 peşəkar komandanın qatılacağını bildirib. Poliqonun Vanadzor şəhəri yaxınlığında yaradılacağı vurğulanıb.
Poliqonda keçiriləcək müsabiqə “ResponDrone” proqramı əsasında təşkil olunacaq. Müsabiqəni Avropa Birliyi və Cənubi Koreyanın maliyyələşdiriləcəyi deyilib.
Qeyd edək ki, Karen Vardanyan Təhsil Fondu son 10 ildə məktəblərdə “ArMath” texnoloji laboratoriyalarını yaradıb. Laboratoriyalar texnoloji inkişaf, xüsusilə PUA-ların yaradılması üçün nəzərdə tutulub. Ən qəribəsi odur ki, bu tip laboratoriyalar təkcə Ermənistanda yox, həm də Azərbaycanın Qarabağ, Gürcüstanın Cavaxetiya bölgələrində də yaradılıb.
Əslində Ermənistan son 15 ildə özünü yüksək texnologiyalar sahəsində inkişaf edən ölkə kimi təqdim etməyə çalışır. İrəvan xarici investorlar qarşısında özünü məhz bu istiqamətdə təbliğ edir. 2016-cı ildəki Aprel savaşından sonra PUA istiqamətində araşdırmaları artırdığını bəyan edən İrəvan guya bu istiqamətdə böyük irəliləyişlərə nail olduğunu elan etmişdi. Hətta II Qarabağ müharibəsindən bir ay öncə İrəvan zərbə dronları yaratdığını bəyan etmiş və bundan Azərbaycana qarşı informasiya müharibəsində yararlanmışdı. Müharibənin başlanmasından az sonra Ermənistanın bu informasiyasının yalan olduğu ortaya çıxmışdı.
Görünən odur ki, yeni poliqonun yaradılması borc içində üzən Ermənistan hökuməti tərəfindən yeni maxinasiyalar üçün istifadə olunacaq.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar