Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Pol Qobl Füzuli hava limanından danışdı

Baxılıb: 360     Tarix: 06-09-2021 11:23   
Füzuli beynəlxalq hava limanının açılışı bütün regionu birləşdirəcək.
Qanunvehedef.az xəbər verir ki, bunu Report-a ABŞ-dan olan analitik, yazıçı və icmalçı Pol Qobl bildirib.
O deyib ki, nəqliyyat əlaqələrinin həyata keçirilməsi bu rayonu Azərbaycana yenidən inteqrasiya etməyə imkan verəcək.
Onun sözlərinə görə, ən vacib fakt rəsmi Bakının bu hava limanının tikintisini həyata keçirdiyi vaxtla bağlıdır:
“Bu, ölkənin Ermənistandan fərqli olaraq, bu cür layihələri həyata keçirmək üçün resurslara malik olduğunu göstərir”.
Analitik vurğulayıb ki, bu, rəsmi Bakının bu cür işləri digər ərazilərdə də həyata keçirəcəyinin nümunəsidir.
Xatırladaq ki, sentyabrın 5-də Füzuli hava limanına ilk təyyarə uçuşu baş tutub. Bakı-Füzuli reysi üzrə uçuş müddəti 35 dəqiqədir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Laçın və Zəngilan rayonlarında da beynəlxalq hava limanlarının tikintisi aparılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar